31/01/2019
13:13
3751
| A A A
“Nike” müsəlmanların dini hissiyyatını təhqir etdi - Foto

“Nike” kompaniyasının adı “Air Max” krassovkalarında ərəbcə Allah adını xatırladan loqotipə görə qalmaqala qarışıb.

Goal.az “Footwear News”a istinadən xəbər verir ki, dindarlar bunu şirkətin müsəlman auditoriyanı təhqir etmək cəhdi kimi qiymətləndirib. Bu adın ayaqqabının altında təhqiredici bir şəkildə yazıldığı xüsusi vurğulanır.

Şirkətin ittihamlara cavab verib:

“Nike” bütün dinlərə hörmətlə yanaşır. Ona görə də, biz bu problemə ciddi yanaşdıq. “Air Max” loqosu yalnız markanın ticarət nişanı kimi hazırlanıb. Loqotipin dizaynı altında başqa bir məna ifadə etmək niyyətimiz olmayıb”.

Qeyd edək ki, "Nike" 1997-ci ildə 38 000 cüt krassovkalarını geri çağırmalı olmuşdu. Həmin vaxt Böyük Britaniyada satışa çıxarılan krassovkaların loqotipində Allahın adını xatırladan işarələr tapılmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7383 səs