31/01/2019
17:12
2196
| A A A
Messinin ən böyük mükafatları - "adi ailə"

Lionel Messinin evdəki dəstək olmadan yadplanetli futbolu göstərməsinin mümkünsüzlüyü aydın məsələdir. Ancaq argentinalının özü özündən heç də həmişə razı deyil. O, pis nəticələrə görə çox narahat olur. Oğlu Tyaqonun 6 yaşı var və artıq onunla futbolu müzakirə etmək mümkündür. Hərçənd bir müddət əvvəl, məsələn 2013-də hələ balaca idi.Messi oğlu ilə müzakirələri gizlətmir: “Həmişə məğlubiyyət və pis oyunu həzm etmək çətindir. Amma Tyaqo məni yaşananlara şərh verməyə məcbur edir. Mən də niyə qalib gəlmədiyimizi izah edirəm. İndi biz daha çox danışırıq”. Əfsanənin sol ayağında oğlunun şərəfinə tatu və onun balaca əl izləri var.Messi evdə olanda oğlu ondan heç ayrılmır.“O, artıq məni tənqid edir. Barcelona, La Liqa, Çempionlar Liqası – bunların hamısını artıq izləyir. Çox sual verir və nəsə düz getməyəndə deyir”.Tyaqo – böyük uşaqdır. Buna görə də Messi daha çox məhz onunla ünsiyyətdə olur.Tyaqo həmişə atası ilə olur. Xüsusilə də böyük qələbələrdən sonra. 2015-ci ildə Çempionlar Liqasının Turindəki finalı da istisna olmayıb.Messi ailəsi sevgisini müsahibəsində də qeyd edib: “Futbolu sevirəm. Amma ailə hər şeydən yüksəkdədir”.Messi 2017-ci ildə oğlanlarını müqayisə edib: “Böyük oğlum – sadəcə möcüzədir. Onlar elə fərqlidir ki. Tyaqo sözə qulaq asandır, balaca – Matteo əksinə, özünü köpəkoğlu kimi aparır (gülür)”.Hətta şəkildə də 3 yaşlı Matteo ziyankarlıqla məşğuldu və kameraya da baxmır.Xoşbəxt ata və oğullar 2017-ci ildə “Nou Kamp”da birlikdə olublar.Leonun evində həmişə ailə istisi var.Ailə Santa Klausla yeni ilə qarşılayanda qonaq 25 nömrədir.Messi sıx qrafikdə də valideyn öhdəliklərini unutmur: “Səhər böyük Tyaqonu məktəbə aparıram. Sonra məşqdən qayıdanda isə gedib onu götürmək vaxtı olur. Bundan sonra şam yeməyinədək hamımız – Antonella və balaca oğlu Matteo bir yerdə oluruq. Axşam uşaqları yatmağa göndərəndə imkan tapsaq, yoldaşımla bir-birimizə vaxt ayırırıq. Hər şey adi ailədəki kimidir”.Yəqin Leonun əlinin sınmasını hamı xatırlayır. Zədəni oğlu ilə birlikdə yaşamaq daha yüngüldür. 2018-ci ilin oktyabrında İnter-lə Çempionlar Liqasının ev oyununda da belə olub.Messi sülaləsi birlikdə.Messi oğlanları və iti Xalkla birlikdə də şəkil çəkdirib. Bu iti həyat yoldaşı 2016-cı ildəki ad günündə ona hədiyyə edib. Bu, bordos doqudur ki, bu cins itlər 67 sm uzunluğuna qədər olur. Köpəklər adətən 55-65, bəzən 90 kq çəkiyə malik olur.2018-ci ilin martında Antonella və Leonun 3-cü uşağı doğulub. Bu oğlanı isə Çiro adlandırıblar. Beş “Qızıl top”u olan Messinin ən böyük mükafatları bu fotolardadır.

Matc.az

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7380 səs