Keçmiş futbolçusu PSG-ni məhkəməyə verdi
Paris klubunun sabiq futbolçusu Hatem Ben-Arfa PSG-ni məhkəməyə verib.
Goal.az RMS nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi keçmiş klubundan 7-8 milyon avro təzminat tələb edir.
Ben Arfa məhkəməyə təqdim etdiyi 50 səhifəlik materialda bildirib ki, Paris klubu onu 2017/18 mövsümünün ikinci yarısında uzaqlaşdırmaqla mənəvi ziyan vurub. 31 yaşlı futbolçu 2016-2018-ci illərdə PSG-də forma geyinb. Ötən mövsüm heç bir matçda meydana çıxmayıb. Mövsümün ikinci yarısında Rennes klubuna keçib. 16 oyunda 4 qol vurub.
Ən maraqlısı hansıdır?
ÇEMPİONLAR LİQASI
AVROLİQA
AVROPA ÇEMPİONATI
DÜNYA ÇEMPİONATI