06/02/2019
13:52
5040
| A A A
“Azersun Holding” Qarabağ-dan imtina edir? - AÇIQLAMA

"Azersun Holding”in Qarabağ-a sponsorluqdan imtina edəcəyi ilə bağlı şayiələr səngimir.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl "Report”a açıqlamasında yayılan informasiyaların doğru olmadığını vurğulayıb:

"Azersun Holding” ən böyük böhranların baş verdiyi vaxt Qarabağ-ın büdcəsini azaltmadı və bu gün də belə bir şey yoxdur. Bu cür xəbərlərin hansı səbəbdən çıxdığını deyə bilmərəm, lakin qətiyyən həqiqəti əks etdirmir. Klub prezidenti Abdolbari Gözəl ilə vitse-prezident Tahir Gözəl hər zaman komanda ilə maraqlanırlar və bizə heç bir çatışmazlığın olmamasını tapşırıblar”.

Qeyd edək ki, "Azersun Holding” 2001-ci ildən Qarabağ-a sponsorluq edir. Komanda bu müddətdə 5 dəfə çempionluq və eyni sayda ölkə kuboku qazanıb. Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28653 səs