06/02/2019
21:40
2774
| A A A
Nantes Sala üçün təzminat tələb edir

Nantes  Cardiff-ə satdığı Emilliano Sala üçün 15 milyon funt-sterlinq təzminatı tələb edib.

Goal.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, Fransa klubu 10 gün ərzində pul ödənilməyəcəyi təqdirdə,FİFA-ya müraciət edəcəyini bildirib.

Bu tələb qarşısında təəccüblənən Cardiff müqavilənin qaydalarına əməl edəcəklərini və argentinalı hücumçunun həyatda olmadığına dair faktları gözlədikləri vurğulayıb.

Qeyd edək ki, Salanın içində olduğu təyyarənin qalıqları Qernsi adası yaxınlığında, La-Manş boğazının dibində aşkarlanıb. Bu barədə Salanın və təyyarənin pilotu Aybbotsonun ailəsinə məlumat verilib. Onların meyitlərinin tapılıb-tapılmadığı barədə xəbər yoxdur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28650 səs