07/02/2019
10:00
777
| A A A
Rusiyalı futbolçuların həbs müddəti uzadıldı

Zenit-in hücumçusu Aleksandr Kokorinlə Krasnodar-ın yarımmüdafiəçisi Pavel Mamayev ən azı aprelin 8-nə kimi həbsxanada qalacaqlar.

Goal.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçuların həbs müddəti uzadılıb. Bu barədə Tver rayon məhkəməsinin bugünkü iclasında qərar qəbul olunub. Sözügedən qərar Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitskiyə də şamil olunub.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs