08/02/2019
12:14
1561
| A A A
Məşhur çexiyalı futbolçu 15 aylıq həbs olunub

Çexiya milli komandasının sabiq futbolçusu Tomaş Rjepka 15 ay müddətinə həbs edilib.

Goal.az Frans-Press-ə istinadən xəbər verir ki, 45 yaşlı sabiq müdafiəçi fırıldaqçılığa görə azadlıqdan məhrum olunub.

Rjepka 2016-cı ildə ona məxsus olmayan avtomobili bir qadına satıb. 45 yaşlı sabiq oyunçunun vəkili hökmdən şikayət edib.

Rjepkaya 2018-ci ildə keçmiş həyat yoldaşının adından internetdə intim videolar yerləşdirdiyi üçün 6 ay müddətinə həbs cəzası verilib. O, 2015 və 2016-cı illərdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Qeyd edək ki, West Ham və Fiorentina-da da çıxış etmiş Tomaş Rjepka Çexiya yığmasında 46 oyunda bir qol vurub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9553 səs