08/02/2019
10:14
4159
| A A A
Emiliano Salanın cəsədi tapıldı

Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və argentinalı futbolçu, Uelsin Cardiff City klubunun futbolçusu Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını təsdiqləyib.

Goal.az xəbər verir ki, Portlend limana çatdırılan cəsədin peşəkar futbolçu Emiliano Salanın meyiti olması rəsmi şəkildə müəyyən edilib.

Futbolçunun və təyyarəni idarə etmiş pilotun qohumları ekspertizanın nəticələri haqqında xəbərdar edilib. Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.

Cümə axşamı xilasedicilər Emiliano Sala və pilot Devid İbbotson olduqları güman edilən cəsədləri parçalanmış təyyarədən çıxarıblar.

Təyyarənin özü isə bazar ertəsi tapılıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28391 səs