09/02/2019
15:23
1526
| A A A
Kasares Çempionlar liqası üçün 9 milyondan imtina etdi

Qış transfer pəncərəsi dövründə Lazio-dan Juventus-a keçən Martin Kasereslə bağlı maraqlı iddia ortaya atılıb.

Goal.az xəbər verir ki, İtaliya mətbuatı Kaseresi Yaponiyanın Vissel Kobe klubunun da transfer etmək istədiyini iddia edib. Xəbərdə, heyətində Andres İnyesta və Lukas Podolski kimi futbolçuları olan Yaponiya təmsilçisinin Kaseresə illik 9 milyon avro məvacib alacağı müqavilə təklif etdiyi bildirilib. Lakin uruqvaylı müdafiəçi Çempionlar Liqasını qazanmaq üçün Juventus-u seçib.

Kaseres daha əvvəl Barcelona ilə, 2008/09 mövsümündə Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, 31 yaşlı müdafiəçi Juventus-la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7388 səs