12/02/2019
10:41
6236
| A A A
Salanın ölüm səbəbi bilindi

Təyyarə qəzasında  dünyasını dəyişən Cardiff-in futbolçusu Emiliano Salanın ölüm səbəbi məlum olub.

Goal.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu baş və bədənindən aldığı  xəsarətlər nəticəsində ölüb.

Salanın cəsədi La Manş boğazının dibindəki təyyarə qırıntısından tapılıb. Onun kimliyi barmaq izlərinə əsasən, müəyyənləşdirilib.

Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.

Xatırladaq ki, Sala yanvarın 19-u Nantes-dən Cardiff-ə 17 milyon avroya transfer olunub. O, yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.  Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
10390 səs