30/04/2019
10:00
1196
| A A A
Salanın ölümdən sonrakı fotosuni çəkən 2 nəfər həbs olundu

Britaniya polisi aviaqəzada həlak olmuş futbolçu Emiliano Salanın ölümdən sonrakı fotolarını çəkən 2 nəfəri həbs edib. Həmin şəxslər mərhum idmançının fotolarını yaymaqda ittiham olunurlar.

Goal.az "The Sun"a istinadən xəbər verir ki, faktla bağlı 48 yaşlı qadın və 62 yaşlı kişi saxlanılıb. Polislər güman edirlər ki, onlar meyitxananın kompyuterindəki fotolarını oğurlayıblar, sonra isə şəkli sosial şəbəkədə yayıblar.

Qeyd edilir ki, foto bir neçə həftə əvvəl sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, 28 yaşlı argentinalı futbolçunun olduğu təyyarə yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı radardan itib. Təyyarənin qalıqları fevralın əvvəllərində La-Manş boğazının dibində tapılıb. Futbolçunun cəsədi fevralın 8-də suyun dibindən çıxarılıb.

Uelsin Cardiff City komandası FIFA-ya təyyarə qəzasında dünyasını dəyişən futbolçu üçün Fransa Nantes-inə ödəniş etməyəcəyini bildirib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15686 səs