30/04/2019
10:27
2146
| A A A
Milan-ın Çempionlar Liqasında qazandığı kuboku zibil yeşiyinə atıblar

Milan-ın keçmiş vitse-prezidenti Adriano Qalliani komandasının bir dəfə az qala Çempionlar Liqasının kubokundan məhrum olması təhlükəsindən danışıb.

Goal.az xəbər verir ki, Qalliani "Football Italia"ya açıqlamasında həmin hadisəni belə xatırlayıb.

"Afinada Kapello ilə şərab butılkalarını boşaldaraq gecə yarısına kimi oturduq və kuboku unutduq. Kuboku zibil yeşiyində görəndə liftdə idik. Ehtimal ki, onu ora süpürgəçi atmışdı. Sonra kuboku otel nömrəsinə qaytardılar, mən onu yataq yerinə qoydum. Növbəti səhər arvadıma dedi ki, həyatımda ən sehrli yuxu görmüşəm".

1994-cü ildə italyan klubu Barcelona-ya (İspaniya) qalib gələrək Çempionlar Liqasının qalibi olub.

1994-cü ildən sonra Milan daha iki dəfə - 2003 və 2007-ci illərdə Çempionlar Liqası kubokunu qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs