09/05/2019
11:01
1605
| A A A
Chelsea CAS-a müraciət edəcək

Chelsea FIFA-nın tətbiq etdiyi transfer qadağası ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırlaşır. Goal.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

London təmsilçisi Apelyasiya Komitəsinin transfer qadağasını ləğv etmədiyinə görə məyus olduğunu bildirib.

Klub müvafiq qaydalara uyğun hərəkət etdiyini və qərara görə İdman Arbitraj Məhkəməsinə şikayət edəcəyini vurğulayıb.

Qeyd edək ki, FIFA-nın qərarına əsasən, Chelsea iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək. İngiltərə təmsilçisi daha sonra qərarla bağlı quruma şikayət etsə də, istədiyi nəticəni əldə edə bilməyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs