09/05/2019
17:32
3538
| A A A
Real Madrid-dən 1,5 milyard avroluq müqavilə

Real Madrid "adidas" şirkəti ilə yeni müqavilə imzaladığını bəyan edib. Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.

Bu, madridlilərin adıçəkilən şirkətlə 3-cü sözləşməsidir. Belə ki, Almaniya şirkəti 1998-ci ildən bəri Real-a sponsorluq edir və anlaşma 10 ildən bir yenilənir. Bu müddət ərzində "kral klubu" 29 titul qazanıb ki, bunun 6-sı Çempionlar Liqası kuboku olub.

Müqavilənin maliyyə şərtləri açıqlanmasa da, İspaniya nəhənginin bundan təxminən 1,5 milyard avro gəlir götürəcəyi bildirilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs