07/06/2019
10:54
1299
| A A A
Azərbaycanda çıxış etmiş gürcü futbolçuya danışılmış oyunlara görə sanksiya qoyulub

Gürcüstan Futbol Federasiyasının İntizam və Futbol Mübahisələri üzrə Komissiyasının iclası keçirilib.

Goal.az-ın Gürcüstan bürosu xəbər verir ki, iclasda danışılmış oyunlara görə saxlanılan futbolçuların məsələsinə baxılıb.

Toplantıda həmin futbolçulardan 5-nin futbol fəaliyyətinə qadağanı nəzərdə tutan sanksiya qoyulub. “WIT Georgia” klubunun üzvü olan futbolçular arasında vaxtilə Azərbaycanın “Turan” komandasında çıxış etmiş Nikoloz Maisuradze də var.

30 yaşlı yarımmüdafiəçi 2012-2013 mövsümünün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib. O, həmin ilin martında əyalət təmsilçisinə cəlb olunub, avqustda isə indiki klubuna keçib. Maisuradze Azərbaycan Premyer Liqasında "Turan"ın heyətində 8 oyuna çıxıb. 2012-2013 mövsümündə Tovuz komandası sonuncu yeri tutaraq, I Diviziona enib. 

Komissiyanın digər qərarı ilə “WIT Georgia” futbol klubu 6 xal itirib və 50 min lari (18 min dollardan çox) məbləğində cərimə olunub.

Qeyd edək ki, mayın 20-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyasında şübhəli bilinən 11 nəfəri saxlayıb. Mayın 22-də keçirilmiş məhkəmənin qərarı ilə onların 4-ü həbs olunub, 7-sinin hər birinə qarşı 10 min lari məbləğində cərimə təyin olunub. N.Maisuradze də cərimələnən futbolçular arasında yer alıb. (Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17750 səs