07/06/2019
18:43
2246
| A A A
Məsut Özil evlənir: 16 min kasıba toy ziyafəti verdi

Arsenal-ın yarımmüdafiəçisi Məsut Özil subaylığın daşını atır.

Goal.az xəbər verir ki, ulduz futbolçu bu gün evlənir.

Almaniya millisinin üzvü İstanbulda baş tutacaq toyda keçmiş Türkiyə gözəli Əminə Gülşə ilə ailə həyatı quracaq. 300 nəfərlik qonağın qatılacağı mərasimdə dəvətlilər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var. Ərdoğanın nikah şahidi olması gözlənilir.

Toyun təşkil olunacağı otelin günlük otaq qiyməti 550 avrodan 23 min avroya qədər dəyişir. Özil nümunəvi addımla diqqət çəkib. Belə ki, o, "Kızılay"a müraciət edərək, Türkiyə və Suriyada maddi durumu ağır olan 16 min adama toy ziyafəti verib.(matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34155 səs