09/06/2019
14:59
4135
| A A A
Ronaldodan növbəti xeyirxah addım - VİDEO

Juventus Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb.

Goal.az xəbər verir ki, hadisə Portuqaliya yığması Millətlər Liqasının finalında Hollandiya millisi ilə qarşılaşmaq üçün keçdiyi növbəti məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, leykemiya xəstəsi olan 11 yaşlı uşaq əlində "Kriştiano Ronaldo, qucaqla məni" yazılarının olduğu plakatla yol kənarında dayanıb. Həmin uşağı görən Ronaldo avtobusu dayandırıb və onun xahişini yerinə yetirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs