11/06/2019
12:54
2197
| A A A
Meydana girən azarkeş həbs olundu

Rusiya və San Marino yığmaları arasındakı AVRO-2020-nin seçmə matçında meydana girən azarkeşə 15 sutkalıq inzibati həbs cəzası verilib.

Goal.az xəbər verir ki, Penza şəhərinin 36 yaşlı sakini rəsmi idman yarışları zamanı azarkeşlərin davranış qaydalarını kobud formada pozmaqda günahkar sayılıb. O, ikinci hissədə meydana atılaraq, yıxıla-yıxıla qaçıb, oyunçular və onu tutmaq istəyənlərlə toqquşaraq özünün və başqalarının həyatına təhlükə yaradıb.

Fanat məhkəmədə günahını boynuna alıb. Ona rəsmi idman yarışlarının keçirildiyi məkanlara iki il giriş müddətinə giriş qadağası qoyulub.

Qeyd edək ki, Saransk şəhərindəki "Mordoviya Arena"da keçirilmiş görüşdə Rusiya San Marinonu 9:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs