12/06/2019
12:09
3986
| A A A
İlin ən çox qazanan idmançıları siyahısında ilk

"Forbes" jurnalı 2019-cu ilin birinci yarısında ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, siyahıda ilk üç yeri tarixdə ilk dəfə olaraq futbolçular tutublar.

Birinci yerdə 127 milyon dollar gəlir ilə İspaniya Barcelona-sı və Argentina milli komandasının hücumçusu Lionel Messi qərarlaşıb. İkinci pilləni Juventus (İtaliya) və Portuqaliyanın hücumçusu Kriştiano Ronaldo tutub. Onun bu müddət ərzində gəlirləri 109 mln. dollar təşkil edib. Üçüncü yer PSG (Fransa) və Braziliya millisinin oyunçusu Neymara məxsusdur. Onun gəlirləri 105 mln. dollardır.

Dördüncü yerdə meksikalı boksçu Saul Alvares qərarlaşıb. O, 94 mln. dollar qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27408 səs