17/06/2019
09:41
2418
| A A A
Neapolda "Burada Sarri doğulub" lövhəciyi götürüldü - FOTO

İtaliyanın Neapol şəhərinin "Silio Italico" küçəsindəki evin divarından Napoli-nin sabiq baş məşqçisi Maurisio Sarrinin şərəfinə asılmış lövhəcik götürülüb. Buna Sarrinin Chelsea-ni tərk edərək Turinin Juventus klubuna baş məşqçi təyin olunması səbəb olub.

Goal.az xəbər verir ki, bu barədə "TuttoNapoli" nəşri yazıb.

Lövhəcikdə bunlar yazılmışdı: "Burada "comandante" Sarri doğulub. Neapol sakinləri gözəllik memarına minnətdardırlar. Əlvida, "comandante"!".

60 yaşlı Sarri 2015-2018-ci illərdə Napoli-ni çalışdırıb. Neapol klubu onun rəhbərliyi altında Juventus-la iki dəfə çempionluq uğrunda mübarizə aparıb, lakin hər ikisində də çempionatı ikinci yerdə başa vurub.

Sarri ötən mövsüm Chelsea-ni çalışdırıb. "Zadəganlar" italiyalı baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında üçüncü yeri tutub, İngiltərə Liqa Kubokunun finalına qədər iləliləyib və Avropa Liqasının qalibi olub.(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37581 səs