23/06/2019
13:06
871
| A A A
Ayaz Quliyevdən avtomobillə bağlı növbəti qalmaqal

Spartak-ın yarımmüdafiəçisi Ayaz Quliyev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Goal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə işıqforun qırmızı işığında keçdiyi üçün 4 ay müddətinə sürücülük hüququndan məhrum edilən azərbaycanlı futbolçu bu dəfə sürət həddini aşdığına görə cərimələnib.

Hadisə may ayının 24-də baş verib. Futbolçu buna görə 500 rubl məbləğində cərimə ödəyəcək.

Ayaz aprelin 10-da Moskva küçələrinin birində piyada keçidində yol vermədiyi üçün dalaşdığı amerikalı turistin burnunu sındırmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22012 səs