25/06/2019
10:52
1445
| A A A
Gürcüstan Futbol Federasiyasından oyunçuların anti-Rusiya aksiyasına dəstək

Gürcüstan Futbol Federasiyası (GFF) bəzi yerli klublarla həmrəylik göstərərək, onların anti-Rusiya aksiyalarını dəstəkləyib.

Goal.az Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bunu GFF-nin baş katibi David Muciri deyib.

“Bu günə olan vəziyyətə görə, milli liqada iştirak edən komandalardan heç birini sanksiya gözləmir. Bizə nə UEFA-dan, nə də FİFA-dan ərizə daxil olmayıb. Bir daha təsdiq edirəm ki, ötən həftə ərzində gürcü klublarının iştirak etdiyi həmrəylik aksiyası tərəfimizdən tam dəstəklənib", - deyə David Muciri bildirib.

Daha əvvəl yerli futbol klublarının oyunçuları ölkə çempionatının 19-cu tur matçına anti-Rusiya şüarlarının yazıldığı maykalarla çıxaraq, bu yaxınlarda Tbilisidə baş verən hadisələrdən sonra Rusiyaya münasibətlərini bildiriblər. Maykalarda belə yazılıb: "Biz Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu xatırlayırıq".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37497 səs