29/06/2019
14:05
2206
| A A A
Sneyderi polislər saxladı

Hollandiya millisinin sabiq futbolçusu Uesli Sneyder polis tərəfindən saxlanılıb.

Goal.az xəbər verir ki, buna 35 yaşlı yarımmüdafiəçinin Hollandiyanın Utrex şəhərində başqa bir şəxsin maşınına ziyan vurması səbəb olub. Təcrübəli oyunçu qarşı tərəfə təzminat ödəyərək məsələni həll edib.

Sneyder hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Uesli Sneyder 2018-ci ildən Al Gharafa-da çıxış edir. Onun müqaviləsi iyunun sonunda başa çatıb. Hollandiyalı yarımmüdafiəçi karyerası ərzində ölkəsinin Ajax, İspaniyanın Real Madrid, İtaliyanın İnter və Türkiyənin Galatasaray klublarının formasını geyinib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40014 səs