01/07/2019
19:15
2788
| A A A
Keçmiş sevgilisinə qarşı zorakılıqda ittiham olunan futbolçu məşqdən kənarlaşdırıldı

Fransanın Marseille klubunun futbolçusu Adil Rami komandanın məşqindən uzaqlaşdırılıb.

Goal.az RMC-yə istinadən xəbər verir ki, buna səbəb 34 yaşlı müdafiəçinin köhnə sevgilisi aktrisa Pamela Andersonun oyunçunu zorakılıqda ittiham etməsidir.

Fransa təmsilçisi artıq Rami ilə bağlı daxili istintaqa başlayıb. Oyunçu bununla bağlı iyun ayının ortalarında məlumatlandırılıb. Müdafiəçi ilə müqavilənin ləğv olunacağı ehtimal edilir.

Adil Rami klubun ona qarşı davranışına görə məyus olub. O hesab edir ki, Marseille ona verilən məvacibdən xilas olmaq istədiyi üçün bu addımı atıb. Klub futbolçunun təqsirini sübut edəcəyi təqdirdə, ona təzminat ödəməyəcək.

Qeyd edək ki, Adil Rami 2017-ci ildən Marseille'də çıxış edir. O, 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37497 səs