03/07/2019
16:51
1515
| A A A
Marselo sürücülük hüququndan məhrum edildi

Real Madrid-in futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

Goal.az "O Globo"ya istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsidir.

Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.

Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən Real-ın formasını geyinir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21941 səs