09/07/2019
17:35
3316
| A A A
Balotelliyə cinayət işi açıldı - VİDEO

Mario Balotelli ilə bağlı İtaliyada cinayət işi açılıb.

Goal.az xəbər verir ki, Neapolda tətildə olan Balotelli, keçən həftə “motosikletlə dənizə girə bilərsən?” deyərək, dostu ilə 2 min avro müqabilində mərcə girmişdi. Dostunun motosikletlə dənizə girməsindən sonra mərci uduzan 28 yaşlı futbolçu, 2 min avro ödəmişdi.

Məsələylə bağlı araşdırma başladan Neapol polisi, Balotelli, dostu və digər iki nəfər haqqında ictimai ərazidə mühitə zərər vermək, dənizi çirkləndirmək və qumar oynamağa təşviq etməklə bağlı cinayət işi başladıb.

Goal.az videonu təqdim edir:

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37500 səs