12/07/2019
13:55
2477
| A A A
Penaltini qaytardığına sevinərkən ürəyi dayandı
Argentinada futbol oyunu zamanı bədbəxt hadisə yaşanıb.
Goal.az xəbər verir ki, "Union de Qolondrina" klubunun qapıçısı Ramon İsmael Koronel oyun zamanı dünyasını dəyişib. 17 yaşlı qolkiper matçın gedişində sinəsiylə penalti dəf edib və sevincini qeyd edərkən yerə yıxılıb. Yerdən qalxmayan gənc futbolçunun ürək tutmasından vəfat etdiyi məlum olub. 
Ramon İsmaelin atası Eduardo Karonel stadionda ambulans maşınının olmadığını bildirib. Gənc oyunçunu xəstəxanaya azarkeşlər çatdırıblar.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36502 səs