12/07/2019
15:20
2706
| A A A
Vədini pozdu, tənqid hədəfi oldu

Liverpool-un formasını geyinən Daniel Starricə sərt reaksiyalar var.

Bir müddət əvvəl futbolçunun Los Ancelesdəki evinə oğru girmiş, onun əşyalarını və “Huski” cinsindən olan itini oğurlamışdı. İngiltərəli futbolçu, 1,5 ildir baxdığı iti gətirən adama 30 min funt-sterlinq məbləğində bəxşiş verəcəyini açıqlamışdı. Axtarışlardan sonra it tapılaraq, futbolçuya təhvil verilib.

Futbolçunun qınaq obyektinə çerilməsinə səbəb onun vədinə xilaf çıxması olub. Killa Feym adlı bir repçi, sosial şəbəkədə etdiyi paylaşımda, itin tapılmasında bir qohumunun böyük rolu olduğunu bildirib. Futbolçuyla əlaqə saxladığını bildirən Feym, söz verilən məbləği ala bilmədiyini deyib.

Liverpool-da aylıq 300 min avro qazanan 29 yaşlı futbolçunun sözünün üstündə durmaması insanların sərt reaksiyasına səbəb olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22009 səs