15/07/2019
11:05
1737
| A A A
Şəkidəki qəzada xəsarət alan jurnalist komada deyil
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların arasında Qəbələ klubunun əməkdaşı, jurnalist İlkin Məmmədov da olub.
Goal.az xəbər verir ki, klubun rəsmisi Səməd Nəsibov İlkinin zədəsinin ciddi olmadığını bildirib: "İlkin komada deyil. Sol ayağında 2 yerdə və qabırğalarında (sol tərəfdə) sınıq var. Başında ciddi zədə yoxdur. Vəziyyəti ağır stabil olaraq qalır, həyati təhlükəsi yoxdur".
Səhiyyə Nazirliyinin yaydığı açıqlamada 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq diaqnozu qoyulduğu bildirilib. 
money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7178 səs