17/07/2019
11:13
1354
| A A A
Messi üzr istəməli olacaq

Argentina milli komandasının futbolçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) üzr istəməlidir.

Goal.az xəbər verir ki, bu barədə “Times of India” nəşrinə Argentinanın ali idman məhkəmisinin üzvü Qustavo Abreu bildirib. Onun sözlərinə görə, əks halda, 32 yaşlı hücumçu 2 il müddətinə yığmada oynamaq hüququndan məhrum edilə bilər.

Qeyd edək ki, Messi Amerika Kubokunda həm kapitanı olduğu Argentinanın yarımfinalda Braziliyaya uduzduğu (0:2), həm də 3-cü yer uğrunda oyunda Çilini məğlub etdikləri (2:1) qarşılaşmada qırmızı vərəqə alandan sonra təşkilatçıları korrupsiyada, hakimləri isə qərəzli idarəçilikdə ittiham edib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7177 səs