17/07/2019
15:43
5445
| A A A
İki qat dünya çempionu borc içində batır

Futbol üzrə Braziliya yığmasının heyətində iki dəfə dünya çempionu olmuş Kafunun milyonlarla dollar borcu yaranıb.

Goal.az xəbər verir ki, futbolçunun 2004-cü ildən sahib olduğu “Capi Penta International Football Player” agentliyi ciddi maliyyə itkilərinə məruz qalır.

Kafu borclarını ödəmək üçün mülkiyyətinin bir hissəsini satmalı olub. O bildirib ki, maliyyə çətinliklərindən xilas olmaq üçün əmlakını satmağa hazırdır:

“Bu, mənim şəxsi problemimdir. Mən öz mülkiyyətimdən, maşınımdan, evimdən imtina edə bilərəm. Borclarımı bağlamaq istəyirəm”.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7177 səs