18/07/2019
18:25
1715
| A A A
Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

Meksikanın Dorados klubunun gənclərdən ibarət komandasının üzvü Mirşa Fransisko Herrera vəfat edib.

Goal.az xəbər verir ki, 20 yaşlı oyunçu məşqdən sonra getdiyi restoranda kimliyi bilinməyən 4 nəfər tərəfindən bıçaqlanıb. Təcili xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müdafiənin sol cinahında çıxış edən mərhum futbolçu 5 il idi ki, Dorados-da çıxış edirdi.

Dorados klubuna bir müddət Dieqo Maradona rəhbərlik edib. Maradona, səhhətindəki problemlərə görə baş məşqçi postundan istefa vermişdi. (komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27788 səs