24/07/2019
18:10
1990
| A A A
Messiyə cəza və cərimə

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin kapitanı Lionel Messini cəzalandırıb.

Goal.az xəbər verir ki, buna onun qırmızı vərəqə aldığı Çili ilə Amerika kubokunun 3-cü yer uğrunda oyunundan sonra konfederasiyanı korrupsiyada ittiham etməsi səbəb olub. 32 yaşlı hücumçu yarışın təşkilatçılarını Braziliyanının turniri qalibi olmaq üçün çalışdıqlarını söyləyib.

Bu açıqlamasına görə o, 1 oyunluq cəzalandırılıb. Beləliklə, Messi DÇ-2022-nin seçmə mərhələsinin ilk matçında komandasına kömək edə bilməyək. Bundan başqa, Argentina millisinin kapitanı 1500 dollar məbləğində cərimələnib.

Qeyd edək ki, Messi açıqlamasına görə CONMEBOL-dan üzr istəmişdi. Onun üzr istəməyəci təqdirdə, 2 il millinin oyunlarından kənarlaşdırıla biləcəyi iddia olunurdu.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7180 səs