25/07/2019
13:12
1557
| A A A
Messiyə 6 aylıq cəza verilə bilər

Barcelona-ın futbolçusu Lionel Messi Argentina millisinin oyunlarından 2 aydan 6 ayadək kənarlaşdırıla bilər.

Goal.az xəbər verir ki, səbəb kapitanın Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) tənqid etməsidir. 32 yaşlı hücumçunun işi ilə bağlı qərar gələn həftə qəbul olunacaq.

Daha əvvəl Messi Amerika Kubokunda Çili ilə 3-cü yer uğrunda görüşdə qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza və 1500 dollar cəriməyə məruz qalıb. Həmin görüşdə Argentina 2:1 hesabı ilə qalib gəlib.

Braziliyaya 0:2 hesablı məğlubiyyətlə nəticələnən yarımfinal qarşılaşmasından sonra isə o, KONMEBOL-u korrupsiyada ittiham edib. Sonradan təcrübəli forvard sözlərinə görə qurumdan üzr istəyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27780 səs