26/07/2019
10:07
3686
| A A A
Məsut Özil və komanda yoldaşı silahlı hücuma məruz qalıb - VİDEO

Arsenal-ın futbolçusu Məsut Özil silahlı hücuma məruz qalıb.

Goal.az-ın məlumatına görə, hadisə Londonun şimalında türk əsilli yarımmüdafiəçi "Mercedes" markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.

Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı "Likya" restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb. Həmin anların videosunu təsadüfi şahid lentə alıb.

Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7177 səs