Ronaldinyoya ölkədən çıxış qadağası qoyuldu
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub.
Goal.az xəbər verir ki, bununla bağlı Braziliya məhkəməsi qərar çıxarıb. Sanksiyaya səbəb Portu-Aleqri şəhərində daşınmaz əmlakın inşası zamanı ekologiyaya zərərə görə tətbiq edilən 2,3 milyon avro cərimənin ödənilməməsidir.
Məhkəmə 39 yaşlı veteran futbolçunun ölkədən çıxışına qadağa qoymaqla yanaşı, 57 daşınmaz obyektinin fəaliyyətini də dondurub.
Qeyd edək ki, Braziliya yığmasının sabiq üzvü olan Ronaldinyo karyerası ərzində PSG, Barcelona Milan kimi tanınmış klublarının formasını geyinib. O, ötən ilin yanvarında peşəkar karyerasını başa vurub.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ