08/08/2019
13:29
1121
| A A A
Polis Salahı təhqir edən fanatı axtarır
Liverpool-un futbolçusu Məhəmməd Salah internetdə irqçi təhqirə məruz qalıb. 
Goal.az xəbər verir ki, Salahı təhqir edənin Everton azarkeşi olduğu bildirilir. Artıq Mersisayd polisi məsələ ilə bağlı araşdırmaya başlayıb. Polis həmin fanatı axtarır. İnsidentlə bağlı polisin yaydığı açıqlamada deyilir: 
 
"Nifrət zəminində hər hansı bir hərəkət yolverilməzdir. İnternetdən istifadə edərək başqalarını təhqir edənlər başa düşməlidirlər ki, qaydaları pozurlar və buna görə də qanun qarşısında cavab verməlidirlər”. 
 
Everton rəhbərliyi də məsələyə reaksiya verib. Klubun açıqlamasında bildirilir ki, günahkarın tapılması üçün polisə kömək etməyə hazırdırlar. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27781 səs