09/08/2019
13:05
1941
| A A A
Salahdan növbəti jest

Misirin paytaxtı Qahirədə baş vermiş terror aktına bu ölkənin məşhur futbolçusu Məhəmməd Salah biganə qalmayıb.

Goal.az xəbər verir ki, Liverpool-un oyunçusu Onkologiya Xəstəxanasına maliyyə yardımı edib.

Məsələ burasındadı ki, baş vermiş ağır yol qəzası nəticəsində baş vermiş güclü partlayışdan sonra yaxınlıqdakı xəstəxana ciddi zərərə uğrayıb. Salah xəstəxananın yenidən qurulması üçün 2,5 milyon funt-sterlinq yardım edib. Bunu Qahirə Universitetinin rəhbəri Məhəmməd Osman Elxost deyib.

Qeyd edək ki, hadisə nəticəsində 20 nəfər ölüb, 47 nəfər yaralanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27794 səs