04/09/2019
10:28
729
| A A A
Alman futbolçunun evinə polis basqını - komputer və telefonu müsadirə olundu

Almaniya milli komandasının sabiq futbolçusu Kristof Metselder uşaq pornoqrafiyasının yayılmasında ittiham olunur. 

Goal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, polis 38 yaşlı keçmiş müdafiəçinin evində axtarış aparılmasına dair order alıb. Metselderin kompüter və mobil telefonu müsadirə olunub. 

Xatırladaq ki, Borussia Dortmund-la Almaniya, Real Madrid-lə isə İspaniya çempionluğu qazanan Kristof Metselder karyerasını 2014-cü ildə bitirib. Almaniya yığmasında 47 matça çıxan keçmiş futbolçu dünya çempionatlarında gümüş və bürünc medallar qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33950 səs