11/09/2019
12:15
9641
| A A A
Arda Turana 2 il 8 aylıq həbs cəzası verildi
Ötən il gecə klubunda müğənni Berkay Şahinin burnunu qıran və daha sonra xəstəxanaya hücum edərək silahla havaya atəş açan Arda Turanla bağlı məhkəmə qərar verib.
Goal.az "NTV Spor"a istinadən xəbər verir ki, məhkəmə Türkiyə millisinin sabiq üzvünə 3 ayrı maddə ilə 2 il 8 ay 15 gün həbs cəzası verib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib. Bu müddətdə təqsirləndirilən şəxs cinayət törətməsə və qanunlara əməl etsə, cəzanın ləğvi mümkün olacaq.
Məhkəmə Arda Turana cinsi təcavüz ittihamından bəraət verib. Ona icazəsiz silah gəzdirmək, qəsdən sağlamlığa xəsarət yetirmək və ictimai yerdə silahdan atəş açmaq ittihamları ilə cəza verilib.
money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1205 səs