19/09/2019
14:43
8683
| A A A
Ronaldo uşaq vaxtı ona yemək verən "Mcdonald's" əməkdaşlarını axtarır

Juventus-un və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo Piers Morqanla müsahibəsində uşaqlıq həyatı haqda danışıb.

Goal.az xəbər verir ki, o, ona və komanda yoldaşlarına pulsuz burger verən Edna adlı qadını xatırlayıb:

“11-12 yaşım olanda ailəmizin pulu yox idi. Biz - mən və Sporting-in digər yetirmələri bir yerdə yaşayırdıq. Ailəmi ayda üç dəfə görüdüm. Bu, çox çətin idi. Gecə saat 22.30-23.00 arasında biz acırdıq. Stadionumuzun yanında isə “Mcdonald's” vardı. Biz oranın qapısını döyüb soruşurduq: “Sizdə hansısa burger var?” Orada həmişə Edna adında bir qadın və iki qız olurdu. Bizə pulsuz burger verirdilər. Mən daha sonra onları heç vaxt görmədim. Portuqaliyada olanda onları axtardım. Amma həmin “Mcdonald's” artıq bağlanmışdı. Ümid edirəm ki, bu müsahibə vasitəsi ilə onları taparam. Belə olsa çox sevinərəm. Onları Turinə, yaxud Lissabona dəvət etmək və birgə nahar etmək və təşəkkür etmək istəyirəm. İstəyirəm ki, qismən olsa belə, öz borcumu qaytarım”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36032 səs