26/09/2019
11:40
16598
| A A A
FİFA ilin ən yaxşılarını seçdiyi sorğuda saxtakarlıq edib

FİFA-nın 2019-cu ilin ən yaxşılarını seçməsi ilə bağlı sorğuda xoşagəlməz hadisə yaşanıb.

Goal.az xəbər verir ki, milli komandaların kapitanları və baş məşqçiləri, həmçinin jurnalistlərin qatıldığı səsvermə zamanı saxtakarlıq aşkarlanıb.

Nikaraqua yığmasının kapitanı Xuan Barreranın səsi düzgün hesablanmayıb. FİFA futbolçunun 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiano Ronaldoya verdiyini qeydə alıb.

Amma X.Barrera Lionel Messiyə səs vermədiyini açıqlayıb: “Mən “Ən yaxşı” mükafatı üçün sorğuda Messiyə səs verməmişəm”.

Qeyd edək ki, argentinalı futbolçu digər iki namizəd Vircil van Deyk və Kriştiano Ronaldonu qabaqlayaraq ilin ən yaxşısı seçilib. L.Messinin səsvermədəki qələbəsi birmənalı qarşılaşmayıb və ona səs verənlər ciddi tənqid olunub. (APA)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7219 səs