30/09/2019
21:46
6421
| A A A
De Liqtin Barcelona-ya keçidinə Pike mane olub

Matteys de Liqtin yay transfer pəncərəsi zamanı Barcelona-ya keçməkdən son anda imtina etməsinin səbəbi müəyyənləşib.

Goal.az xəbər verir ki, gənc futbolçunu fikrindən daşındıran Kataloniya klubunun müdafiəçisi Xerard Pike olub.

Yay tətil zamanı hər iki oyunçu təsadüfən Baham adalarında oteldə üz-üzə gəlib. Pikenin ona olan münasibətini və sözlərini bəyənməyən Hollandiya millisinin üzvü Kataloniya klubuna "yox" deyib, Juventus-a keçib.

Xatırladaq ki, Juventus Matteys de Liqt üçün Ajax-a 75 milyon avro ödəyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37565 səs