03/10/2019
11:08
977
| A A A
FİFA-dan sabiq vitse-prezidentə ömürlük cəza

FİFA sabiq vitse-prezidenti Eugenio Fiqeredonu ömürlük cəzalandırıb.

Goal.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 87 yaşlı uruqvaylı futbol mütəxəssisi FİFA-nın etika kodeksini pozub. O, 2004-2015-ci illər aralığında müxtəlif turnirlərin teleyayım və marketinq hüquqlarının satışı zamanı rüşvət almaqda ittiham olunur.

FİFA Fiqeredonu ömürlük cəzalandırmaqla yanaşı, onu 1 milyon İsveçrə frankı məbləğində cərimə də edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37564 səs