07/10/2019
13:31
2009
| A A A
Türkiyədə müzakirələrə səbəb olan azərbaycanlı şərhçi məsələyə aydınlıq gətirdi

Beşiktaş-ın İngiltərənin Wolverhampton komandasına İstanbulda 0:1 hesabı ilə uduzduğu oyunu Rusiyanın “Matç TV” telekanalı üçün şərh edən azərbaycanlı jurnalist Elvin Kərimovun sözləri Türkiyədə müzakirələrə səbəb oldu.

Onun türkcə azarkeşin Beşiktaş-ın prezidentindən hesabatını – “Fikret Orman, paralar nerede?” (“Fikrət Orman, pullar hardadır?”) sualını canlı yayımda təkrarlaması maraqla qarşılandı.

“Ajansspor" məsələ ilə bağlı Elvin Kərimovun fikirlərini öyrənib.

Kərimov rus olmadığını, azərbaycanlı olduğunu və sadəcə, Beşiktaş azarkeşlərinin tribunada çağırışını təkrarladığını bildirib:

“Dəyərli futbolsevərlər. Mən azərbaycanlıyam. Rusiyada yaşayıram. Ancaq Türkiyə futbolunu 2000-ci ildən bəri sevirəm və bütün matçlarla bərabər, proqramları izləyirəm. İdman qəzetlərini də oxuyuram. Mən Moskvada “Matç TV” telekanalında futbol şərhçisiyəm. Bütün Türkiyə komandalarının matçlarının Rusiyada şərhçiliyini mən edirəm.

Beşiktaş – Wolverhampton matçında canlı yayımda söylədim: "Beşiktaş azarkeşi bütün matçlarda “Fikret Orman, paralar nerede” deyə qışqırırlar. Sonra rus dilinə o cümləni tərcümə etdim. Sadəcə, bu mövzunu tamaşaçılara izah etdim. Mən bilmirdim ki, Türkiyədə sözlərim müzakirələrə səbəb olacaq.

Mən oyunun fasiləsində “Twitter”ə girdim və gözlərimə inana bilmədim. Mənə Türkiyədən mesajlar gəlirdi. Ancaq insanlar mənim sözlərimi başa düşməmişdi. Mən mövzunu izah etdim, Fikrət Ormandan pulları soruşmadığımı dedim. Ancaq o cümləni eşidincə insanlar şoka düşmüşdü.

“Twitter”də bəzi insanlar mənim Fatih Terimlə fotomu görüb fikirləşdilər ki, Galatasaray-lıyam və Beşiktaş-ı sevmirəm. Ona görə də bu sözləri canlı yayımda söylədim. Bəli, mən Galatasaray-lıyam. Ancaq avrokuboklarda bütün Türkiyə komandalarını dəstəkləyirəm. Və Türkiyə milli komandasını sevirəm. Və Beşiktaş uduzanda mən həqiqətən məyus oldum.

Türkiyə futbolu mənim həyatımdır. Oktyabrın sonunda Trabzona gedəcəyəm. Trabzonspor – Krasnodar matçını Rusiya üçün şərh edəcəyəm. Bütün Türkiyə komandalarına ürəkdən uğurlar arzulayıram”. (oxu.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37566 səs