08/10/2019
16:42
1239
| A A A
Platininin diskvalifikasiyası başa çatdı

UEFA-nın sabiq prezidenti Mişel Platininin diskvalifikasiyası başa çatıb.

Goal.az xəbər verir ki, 2015-ci ildə FİFA-nın Etika Komitəsi futbolla bağlı fəaliyyətinə qadağa qoyulan fransalı dörd ildən sonra yenidən bu sahədə çalışa bilər.

Korrupsiyada şübhəli bilinən M.Platini həmin vaxt 8 illik cəza alıb. Buna FİFA-nın sabiq prezidenti Yozef Blatter təşkilatın vəsaitindən fransalının hesabına pul köçürməsi səbəb olub. Sonradan bu cəza 4 ilə qədər azaldılıb.

Qeyd edək ki, 1972-87-ci illərdə futbolçu kimi Nansy, Saint-EtiennneJuventus klubları, həmçinin Fransa yığmasında oynamış M.Platini üç dəfə “Qızıl top”a layiq görülüb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37566 səs