11/10/2019
17:20
1445
| A A A
Məşhur şirkət Manchester United-lə əməkdaşlığı dayandırır

“Chevrolet” şirkəti Manchester United-in titul sponsorluğundan imtina edə bilər.

Goal.az “The Times” nəşrinə istinadla yazır ki, “Chevrolet”in ana şirkəti olan “General Motors” “qırmızı şeytanlar”la 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmamaq haqda düşünür. Buna əsas səbəb kimi klubun hazırkı nəticələri göstərilir. Bundan başqa, 2012-ci ildə klubla müqavilə imzalayan “Chevrolet”in direktoru da artıq şirkəti tərk edib.

Qeyd edək ki, bu əməkdaşlıqdan Manchester United ümumən 450 milyon funt gəlir götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39689 səs