11/10/2019
20:19
1274
| A A A
"Barış pınarı"na dəstək olan türk futbolçu Almaniya klubunun heyətindən çıxarıldı

Almaniya II Bundesliqasında çıxış edən "Sankt-Pauli" klubu türkiyəli futbolçu Cenk Şahini heyətdən kənarlaşdırıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin "İnstagram" səhifəsində "Barış pınarı" hərəkatına dəstək olması səbəb olub. 

Bildirilib ki, belə paylaşımlar klubun dəyərlərinə uyğun deyil və məlumat futbolçunun özünə çatdırılıb.

Yazıda həmçinin qeyd olunub ki, məsələ həllini tapana qədər əlavə açıqlama verilməyəcək.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
480 səs