11/10/2019
21:35
1287
| A A A
Liverpool-un futbolçusu Harri Keyni təhqir etdiyinə görə cəzalandı

İngiltərə Futbol Assosiasiyası Liverpool-un futbolçusu Harvi Elliottu 14 günlük cəzalandırıb.

Goal.az "The Guardian"a istinadən xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi Tottenham-in hücumçusu Harri Keyni təhqir etməkdə günahkar bilinib. İngiltərəli oyunçu iyunun 1-də "Snapchat"da yayımlanan bir verilişdə Keyni cılız və axmaq adlandırıb.

Elliott cəza aldığı üçün oktybarın 24-də gənclər komandası ilə Wolverhampton-a qarşı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Elliott Fulham-də çıxış edərkən 16 yaşında Premyer Liqada debüt edib. Oyunçu bu ilin iyul ayında Liverpool-a keçib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
479 səs