18/10/2019
18:00
1175
| A A A
Eşli Koul Chelsea-yə qayıtdı

Chelsea-nin sabiq futbolçusu Eşli Koul yenidən Premyer Liqa təmsilçisinə qayıdıb.

Goal.az xəbər verir ki, keçmiş müdafiəçi bu dəfə məşqçi kimi fəaliyyət göstərəcək.

Koul “zadəganlar”ın 15 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edəcək. Onun bir müddət sonra əsas komandada köməkçi-məşqçi kimi çalışması da istisna edilmir.

Qeyd edək ki, Eşli Koul 2006-2014-cü illərdə Chelsea-nin formasını geyinib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
578 səs